“Yuventus”a 22 milyon avroluq təklif

“Monako” “Yuventus”un yarımmüdafiəçisi Denis Zakariyanın transferi üzərində işləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu “Yuventus”a isveçrəli futbolçunun transferi üçün bonuslar da daxil olmaqla 22 milyon avro təklif edib.

Tərəflər razılıq əldə etməyə yaxındırlar.

Zakariya 2022/23 mövsümündə icarə əsasında “Çelsi”nin heyətində İngiltərə Premyer Liqasında 7 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button