“Modriçin hansısa kluba transferi ilə bağlı rəsmi danışıqlar aparılmayıb” – “Real” rəsmisi

“Real”ın baş direktoru Xose Anxel Sançes yarımmüdafiəçi Luka Modriçin qışda klubu tərk edərək, Səudiyyə Ərəbistanından bir komandaya keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, klub rəsmisi yayılan xəbərləri təkzib edib:

“Səudiyyə Ərəbistanı liqasının nümayəndələri ilə gələn ilin yanvarında Modriçin hansısa kluba transferi ilə bağlı rəsmi danışıqlar aparılmayıb. Hazırda onun komandadan getməsi ilə bağlı heç bir fikrimiz yoxdur”.

Daha əvvəl 38 yaşlı futbolçu fiziki cəhətdən özünü yaxşı hiss etdiyi üçün “kral klubu”nda daha çox oynamaq istədiyini bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button