Modriçdən tarixi uğur

Luka Modriç Xorvatiya millisində tarixi uğura imza atıb.

Komanda.az xəbər verir ki, futbolçu buna səfərdə Avstriyaya 3:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur matçında fərqlənməklə nail olub.

Modriç yığmanın tarixində qol vuran ən yaşlı oyunçu adına sahib çıxıb. Yarımmüdafiəçi 37 yaş 16 günlüyündə bunu bacarıb. Əvvəlki rekord 36 yaş 327-ci günündə fərqlənən Niko Kovaça məxsus idi.

Xorvatiya millisi A Liqasının 1-ci qrupunda 13 xal toplayaraq lider olub və final mərhələsinə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button