Modriç Mourinyo ilə olan fotosunu paylaşdı

Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç sosial şəbəkədə portuqaliyalı məşqçi Joze Mourinyo ilə birgə fotosunu paylaşıb.

Komanda.az xarici KİV-istinadən xəbər verir ki, xorvat futbolçu, fotonun altında Mourinyonu görməyin həmişə xoş olduğunu qeyd edib:  

“Cənab, sizi görmək həmişə xoşdur. Həmişə minnətdaram! “Xüsusi” və “Real”.

Xorvatiyalı futbolçu “Real”da Mourinyonun rəhbərliyi altında çıxış edib. Portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə “kral klubu”nda çalışıb. O, bu komanda ilə birlikdə İspaniya çempionluğunu, eləcə də ölkə kubokunu və superkuboku qazanıb.

Mourinyo iyunun 2-də Türkiyənin “Fənərbaxça” klubu ilə 2 illik müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button