“Möcüzə göstərməyin zamanıdır”

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager İngiltərə Premyer Liqasının 32-ci turunun “Arsenal” – “Sauthempton” (3:3) qarşılaşması haqda fikir bildirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, ölkə çempionatının növbəti turunun “Mançester Siti” – “Arsenal” görüşündən söz açıb:

“Neytral azarkeşlər üçün əla oyun olsa da, meydançada mübarizə aparan komandaların fanatları məyus olub.

“Arsenal”ın “Mançester Siti” ilə oyunda üç xala ehtiyacı var. Hər şey onların öz əlindədir. Möcüzə göstərməyin zamanıdır”.

“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlində 75 xalla birincidir. Onların ən yaxın izləyicisi “Mançester Siti”dir (70 xal). Xatırladaq ki, “şəhərlilər”in ehtiyatında iki oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button