
“Mingəçevir”in yeni baş məşqçisi bilindi
1-ci Liqa təmsilçisi “Mingəçevir” baş məşqçi postu ilə bağlı qərar verib.
Bir neçə gün əvvəl rəsmi olaraq açıqlanmışdı ki, “Karvan-Yevlax”ın yeni baş məşqçisi Ramiz Məmmədov olacaq.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Ramiz Məmmədovun gedişindən sonra “Mingəçevir” Zaur Hacıyevlə anlaşıb. Komanda yeni mövsümə onun rəhbərliyi altında hazırlaşacaq.
Hacıyevin sonuncu iş yeri 2-ci Liqa təmsilçisi “Xankəndi” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



