Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

Futbol üzrə Albaniya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Albaniya Futbol Federasiyası sözügedən posta yenə italiyalı mütəxəssis – Eduardo Reyanı gətirib. 73 yaşlı məşqçi ilə 7 aylıq müqavilə imzalanıb. Məlumatı federasiyanın mətbuat xidməti yayıb.

Xatırladaq ki, Albaniya yığmasını Reyadan öncə digər italiyalı məşqçi Kristian Panuççi çalışdırırdı. Lakin o, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Türkiyəyə 0:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilmişdi.

Reya isə karyerasının son illərində “Latsio” və “Atalanta” kimi klubları çalışdırıb. O, 2015-ci ildən işsiz idi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button