
Senat rəsmisi İtaliya futbolunun rəhbərliyinin istefasını tələb etdi
İtaliya Senatının vitse-prezidenti Lisiya Ronzulli ölkənin millisinin DÇ-2026-ya vəsiqə qazana bilməməsini sərt şəkildə tənqid edib.
Cennaro Qattuzonun rəhbərlik etdiyi komanda Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında uduzaraq DÇ-2026-dan kənarda qalıb. Bununla da, İtaliya millisi ardıcıl üçüncü dəfə mundialda iştirak etməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parlament rəsmisi baş verənləri “milli biabırçılıq” adlandırıb:
“Üçüncü dəfədir ki, İtaliya millisi dünya çempionatına qatıla bilmir. Komandanın əzmkarlığına və Cennaro Qattuzo (baş məşqçi) kimi böyük kapitana baxmayaraq, nəticə dəyişmədi. Artıq 16 ildir ki, futbolun ən vacib turnirində iştirak etmirik. Bu, görünməmiş milli biabırçılıqdır. Bütün futbol sistemi kökündən dəyişməlidir.
İtaliya Futbol Federasiyasının rəhbərliyi istefa verməlidir. Qabriel Qravina (İtaliya futbolunun rəhbəri) bu fəlakətdən sonra sizin yalnız bir yolunuz qalır: dərhal istefa verin! Bəsdir! İtaliya futbolu daha yaxşısına layiqdir”.
İtaliya millisi tarixində ilk dəfədir ki, ardıcıl üç dünya çempionatını buraxır.
Bizi Facebook-da izləyin



