“Mövsümün əvvəlindən burda olsaydım, çempionluğu qazanmışdıq” – İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç A Seriyasında “Yuventus”u məğlub etdikləri oyundan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçu, komandasının 4:2 hesabıyla qələbə qazandığı matçla bağlı danışarkən özünü tərifləyib:

“Mən həm prezident, həm futbolçu, həm də məşqçiyəm. İşin mənfi tərəfi odur ki, yalnız oynadığıma görə maaş alıram. Mövsümün əvvəlindən burda olsaydım, çempionluğu qazanmışdıq. Mən fırtınayam, yaş sadəcə bir rəqəmdir. Yaxşı çalışıram, bu gün son oyunumdan daha yaxşı çıxış etdim. Özümü yaxşı hiss edirəm, komandaya hər tərəfdən kömək etməyə çalışıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button