İbrahimoviç: “20 yaşım olsaydı…”

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç A Seriyasının ilk turunda “Bolonya”nı məğlub etdikləri görüşdən (2:0) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki qolun müəllifi olan isveçli hücumçu, bunları deyib:

“Yaxşı formadayam və daha çox çalışıram. 20 yaşım olsaydı, bu gün dörd qol vurardım. Yaşlı deyiləm, Benjamin Button kimiyəm – qoca doğulub, cavan ölürəm”.