“Milan” onu satmayacaq – nə PSJ-yə, nə də “Barselona”ya

İtaliyanın “Milan” klubu adı bir neçə klubla yanaşı çəkilən müdafiəçisi Teo Hernandeslə bağlı qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 22 yaşlı futbolçunu satmayacaq. “Milan”ın koronavirus səbəbiylə yaranan böhrandan sonra Hernandesi satacağı gözlənilsə də, klub, fransalı futbolçu üçün gələcək təklifləri rədd edəcək.

Hernandesin xidmətində PSJ və “Barselona”nın maraqlı olduğu bildirilir.

Keçən ilin yayından “Milan”da çıxış edən Hernandesin müqaviləsi 2024-cü ilin yayında başa çatır.