Ən yaxşı göstərici – “Milan”ın tarixində

“Milan” İtaliya A Seriyasının 10-cu turu çərçivəsində səfərdə “Sampdoriya”ya 2:1 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” bu oyunda yeni rekorda imza atıblar. Komanda ardıcıl 30 oyunda qol vurub. Bu, klub tarixinin ən yaxşı göstəricisidir. Bundan başqa, ilk 10 turda 8 qələbə qazanan komanda 1954/55-ci il mövsümündən bəri ən yaxşı göstəriciyə imza atıb. Həmin mövsüm “Milan” 10 oyunda 9 qələbə qazanmışdı.

“Sampdoriya” üzərindəki qələbədən sonra “Milan”ın məğlubiyyətsizlik seriyası 22-yə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button