“Milan”da iki ciddi itki

İtaliyanın “Milan” klubu ciddi itkilərlə üzləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin müdafiəçisi və kapitanı David Kalabriya, həmçinin yarımmüdafiəçi Aleksis Salemakers sıradan çıxıb.

Onların hər ikisi A Seriyasının 8-ci turu çərçivəsində keçirilmiş “Empoli” ilə səfər oyununda (3:1) zədələnib. Elə ilk yarıda zədə alan oyunçular erkən əvəzlənmək məcburiyyətində qalıblar.

Kalabriyanın zədəsinin daha ciddi olduğu bildirilir. Müdafiəçinin bud nahiyəsindən aldığı zədəyə görə bu il komandaya kömək edə bilməyəcəyi iddia olunur.

Salemakersin isə hansı müddətə sıradan çıxdığı hələ dəqiqləşməyib. Tibbi müayinədən sonra futbolçuya medial bağın qismən qopması diaqnozu qoyulub. Yarımmüdafiəçiyə konservativ müalicə veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button