Vlahoviç İtaliyanın başqa klubuna keçə bilər

“Yuventus”un hücumçusu Duşan Vlahoviç yay transfer pəncərəsində komandadan ayrılaraq İtaliya A Seriyasında başqa kluba keçə bilər.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, serbiyalı forvardın xidmətində “Milan” maraqlıdır. “Qırmızı-qaralar”ın rəhbərliyi 25 yaşlı futbolçunun transferini nəzərdən keçirir. Ancaq keçidin reallaşması üçün əsas şərt komandanın 2025/26 mövsümünün yekununda UEFA Çempionlar Liqasına vəsiqə qazanmasıdır.

Bildirilir ki, Vlahoviç özü də karyerasını növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək klubda davam etdirmək istəyir. O, cari mövsümdə “Yuventus” forması ilə 18 oyunda meydana çıxıb və 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button