“Milan” “Real”ın yeni transferinə “elçi düşdü”

“Milan” “Real”ın yeni transferi Luka Yoviçi icarəyə götürmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Real”ın baş məşqçisi Zinəddin Zidanın “performans”ından razı qalmadığı serbiyalı hücumçunu icarəyə göndərməyə müsbət yanaşdığı bildirilir.

“Real” Yoviçi bu yay Almaniyanın “Ayntraxt” klubundan transfer edib.