“Milan” onunla danışıqlara başlayıb

“Milan” klubu hücumçusu Olivye Jiru ilə müqaviləni uzatmaq istəyir. 

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hazırda Milan klubunun nümayəndələri 36 yaşlı fransalı forvardla müqavilənin 2024-cü ilə qədər uzadılması üçün ilkin danışıqlar aparır. Onun “Milan”la müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədərdir.

Jiru 2021-ci ilin iyulunda “Milan”a keçib. O, bu komanda ilə 55 oyuna çıxıb, 22 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button