
Leao İngiltərə klubuna təklif edilib
“Tottenhem” “Milan”ın hücumçusu Rafael Leaonu transfer etmək imkanı əldə edib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın yeni baş məşqçisi Ruben Amorim portuqaliyalı oyunçunu komandada saxlamaq niyyətində deyil. Bildirilir ki, futbolçu “Tottenhem”ə təklif olunub.
“Milan”ın ardıcıl iki mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsi klubun maliyyə vəziyyətinə mənfi təsir göstərib. Klub bu səbəbdən bir neçə futbolçusunu satmağa məcburdur.
“Milan” Leao üçün 60-70 milyon avro tələb edir. Klub həm birbaşa transfer, həm də məcburi satınalma şərti ilə icarə variantını nəzərdən keçirməyə hazırdır.
27 yaşlı vinger daha əvvəl karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istədiyini açıqlamışdı.
Bizi Facebook-da izləyin



