“Milan” A Seriyası matçına onsuz çıxacaq

“Milan” İtaliya A Seriyasının 19-cu turunda “Empoli” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” sözügedən səfər matçında hücumçu Zlatan İbrahimoviçin köməyindən istifadə edə bilməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Komandanın son məşqində zədələnən İbrahimoviç “Empoli” ilə matçı buraxacaq.

Bu gün keçiriləcək “Empoli” – “Milan” matçı saat 23:45-də başlayacaq.