“Milan” İbrahimoviçlə danışıqlara başlamayıb – klub rəsmisindən açıqlama

İtaliyanın “Milan” klubunun idman direktoru Frederik Massara komandanın hücumçusu Zlatan İbrahimoviçin gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, isveçli hücumçu ilə danışıqlar aparılmadığını açıqlayıb:

“Hələ ki, onunla danışıqlara başlamamışıq. Bunu doğru zamanda edəcəyik. Hər şey onun həvəsinə, istəyinə bağlı olacaq. Ümid edirik ki, onun “Milan” arzusu uzun müddət davam edər”.

39 yaşlı isveçli futbolçunun “Milan”la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button