“Milan” Donnarumma ilə danışığı dayandırdı

İtaliyanın “Milan” klubunun qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə imzalamaq niyyətində olduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” 21 yaşlı qolkiperlə danışığı dayandırıb. Bu barədə klubun texniki direktoru Paolo Maldini İtaliya mətbuatına açıqlamasında bildirib:

“Müqavilənin yenilənməsi ilə bağlı danışığı dayandırdıq. Transfer pəncərəsi bağlanana qədər gözləmək istəyirik”.

2015-ci ildən “Milan”da çıxış edən italiyalı qapıçının klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button