“Milan” milli üzvünü transfer etmək istəyir

İtaliyanın “Milan” klubu “Barselona”nın futbolçusunu transfer edə bilər.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Milan klubu sağ cinah müdafiəçisi Serjinyo Destin xidmətində maraqlıdır.

22 yaşlı Dest “Milan”da icarə əsasında çıxış edir. Onun satınalma məbləği 20 milyon avrodur.

Dest Niderlandda anadan olub, lakin ABŞ milli komandasında çıxış edir. DÇ-2022-də futbolçu ABŞ millisinin heyətində 4 matçda meydanda olub.

Futbolçunun “Barselona” ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button