Messinin “İnter Mayami”dəki maaşı məlum olub

MLS, liqada çıxış edən bütün futbolçuların maaşları ilə bağlı məlumatları açıqlayıb.

Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, MLS-də ən çox maaş alan oyunçu “İnter Mayami”nin hücumçusu Lionel Messidir. O, ildə 12 milyon dollar qazanır (20,4 milyon dollar zəmanətli təzminatla).

Həmçinin ən yüksək maaş alan üç futbolçu arasında argentinalının komanda yoldaşı Serxio Buskets də var – 8,5 milyon (8,7 milyon). Üçüncü yeri “Toronto”nun yarımmüdafiəçisi Lorenzo İnsinye tutur – 7,5 milyon (15,4 milyon).

Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button