Messini ehtiyatda görəndə… – “Real”ın futbolçusu

“Real”ın futbolçusu Lukas Vaskes, İspaniya kubokunda “Barselona”yla qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata xəbər verir ki, Madrid təmsilçisinin yeganə qoluna imza atan Vaskes, 1:1 hesabıyla bitən matç haqda bunları deyib:

“Çox sevinə bilmirik. Oyunumuzdan razıyam, ancaq nəticədən yox. “Barselona”dan daha üstün idik. Çoxlu fürsətlərimiz oldu, 1:1 hesabı ədalətli nəticə deyil.

Lionel Messinin start heyətdə olmasını gözləmirdik. Ancaq onu ehtiyat oyunçular skamyasında gördükdə, təəccübləndik. Onu meydana girməyə məcbur etdik”.

İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Barselona” ilə 1:1 hesablı heç-heçə edən “Real”, cavab matçında, fevralın 27-də Kataloniya təmsilçisini “Santyaqo Bernabeu” stadionunda qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button