“Messidən bir mövsümdə 50 qol vurmağı tələb edirlər”

PSJ-nin yarımmüdafiəçisi Ander Herrera komanda yoldaşı Lionel Messinin klubdakı ilk mövsümü ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, Messini bütün zamanların ən yaxşı futbolçusu adlandırıb:

“Messidən bir mövsümdə 50 qol vurmağı tələb edirlər. O, 50 qol vurmasa, insanlar tənqidə başlayırlar. Lakin unutmayın ki, Messi 10 vuruşla tarixi liqa rekorduna imza atıb. Daha 10 qol vursaydı, onun üçün çox yaxşı mövsümdən danışa bilərdik.

Messi bütün zamanların ən yaxşı futbolçusudur, bu məsələ müzakirəyə bağlıdır. İndi Leonun gündəlik işlərini təvazökarlıqla yerinə yetirdiyinə, insanlara həmişə gülümsədiyinə görə ona daha çox heyranam”.

Messinin Paris klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir. 35 yaşlı argentinalı hücumçu ötən mövsüm PSJ-nin heyətində bütün yarışlarda 34 oyunda 11 qol vurub və 15 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin