Messi və Suares üçün əlamətdar oyun

“Barselona” La Liqanın 20-ci turunda öz meydanında “Leqanes”i məğlub edib.

Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, 3:1 hesabıyla bitən görüş Kataloniya klubunun futbolçuları Lionel Messi və Luis Suares üçün əlamətdar olub.

Belə ki, Suares sözügedən qarşılaşmada bir dəfə fərqlənərək, “Barselona”dakı karyerası ərzində 167-ci qoluna imza atıb. Uruqvaylı forvard bununla da, Kataloniya klubunun tarixində ən çox qol vuran futbolçular arasında 5-ci olub.

Matçın ikinci hissəsində meydana daxil olan Messi isə La Liqada sayca 327-ci qələbəsini qazanıb. İspaniya çempionatlarında ən çox qələbə qazanan futbolçu isə “Real”ın sabiq qolkiperi iker Kasliyasdır. Onun aktivində 334 qələbə var.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button