
Messi milli karyerasını bitirir?
Argentina millisinin kapitanı və hücumçusu Lionel Messi yığmadakı gələcəyi ilə bağlı hələ yekun qərarını verməyib.
Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, 39 yaşlı futbolçu 2026-cı il dünya çempionatına milli karyerasını başa vurmaq barədə əvvəlcədən qərar vermədən yollanıb.
Messi yaxın çevrəsinə də mundialdan sonra yığma ilə vidalaşacağını deməyib. O, 2026-cı il dünya çempionatında bir sıra tarixi göstəricilərlə yadda qalıb. Argentinalı futbolçu milli komandalar arasında keçirilən ən nüfuzlu turnirlərdə 20 qol həddini keçən ilk futbolçu olub. Bundan başqa, turnirin ən yaxşı məhsuldar ötürmə verən oyunçusu seçilib və dünya çempionatı tarixində ən çox oyun keçirən futbolçu rekordunu da yeniləyib.
2026-cı il dünya çempionatının qalibi finalda Argentina millisini 1:0 hesabı ilə məğlub edən İspaniya yığması olub.
Bizi Facebook-da izləyin



