“Messi Pelenin hansı səviyyədə oynadığını başa düşmür”

Braziliya millisinin baş məşqçisi Tite “Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi ilə Pelenin müqayisə edilməsi haqqında açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis, Messi ilə Braziliya millisinin keçmiş futbolçusunun müqayisə edilməsinin düzgün olmadığını bildirib:

“Pele heç kimlə müqayisə edilə bilməz. Onu başqa biri ilə müqayisə edəndə bilirsiz necə reaksiya verirəm? Eşidirəm, amma qulaq asmıram. Fikrimcə, Messi Pelenin hansı səviyyədə oynadığını başa düşmür. Messinin görkəmli futbolçu olduğunu bildirmişəm. Onun indiki dövr üçün fərqli və yaradıcı olduğunu demək istəyirdim. Bunu braziliyalı olduğum üçün demirəm, amma Pele standartlardan kənar futbolçudur. Onun oyununda nöqsan tapa bilməzsən. Mənim üçün kiminsə belə müqayisələr aparmasının bir səbəbi yoxdur”.