Messi MLS-in növbəti oyununu buraxa bilər

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino bildirib ki, Lionel Messi zədə səbəbindən MLS-in növbəti matçını buraxa bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, argentinalı futbolçunun sağ ayağının əzəzlələrinin həddindən artıq yükləndiyini bildirib:

“Onun sağ ayağının əzələləri həddindən artıq yüklənib. Biz risk etmək istəmirik. İnanıram ki, o, şənbə günü keçiriləcək matçda iştirak edə bilməyəcək”.

KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin “Naşvill”lə cavab oyununda (3:1) Messi qol vurub və məhsuldar ötürmə edib. O, ikinci hissənin əvvəlində əvəzlənib.

“İnter Mayami” martın 16-da “DS Yunayted”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button