Messi millinin 2 oyununda olmayacaq

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi El Salvador və Kosta-Rika yığmaları ilə yoldaşlıq görüşlərində iştirak etməyəcək.

Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, argentinalı forvard əzələ zədəsi səbəbindən bu matçları buraxacaq. Oyunlar martın 23 və 26-da keçiriləcək.

Messinin millinin düşərgəsində olacağı, yoxsa Floridaya gedəcəyi hələ ki, bəlli deyil. O, martın 16-da “DS Yunayted” – “İnter Mayami” oyununu buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button