
Mbappeni “Benfika” ilə matçda o əvəz edəcək
“Real”ın hücumçusu Qonsalo Qarsiyanın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Benfika” ilə keçiriləcək oyuna start heyətdə başlayacağı gözlənilir.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, madridlilərin əsas hücumçusu Kilian Mbappe zədələnib. Fransalı forvardın zədəsinin nə dərəcədə ciddi olduğu açıqlanmasa da, onun gözləniləndən tez sıraya dönə biləcəyi deyilir.
Bununla belə, baş məşqçi Alvaro Arbeloa qarşıdakı matçda komandanın ən məhsuldar hücumçusunun xidmətindən demək olar ki, yararlana bilməyəcək. Mbappenin yoxluğunda start heyətdə məhz 21 yaşlı Qonsalo Qarsiya meydana çıxacaq. O, daha əvvəl də fransalını uğurla əvəz etməyi bacarmışdı.
Madrid təmsilçisi ilə Lissabon klubunun qarşılaşması bu gün saat 00:00-da start götürəcək. Komandalar arasında Portuqaliyada keçirilən ilk oyunda “kral klubu” 1:0 hesablı qələbə qazanmışdı.
Bizi Facebook-da izləyin



