
Alonso: “Qollar yalnız Mbappenin üzərində olan məsuliyyət deyil”
“Real”ın baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Kilian Mbappenin rolundan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, fransalı futbolçunun oyuna verdiyi töhfənin yalnız vurduğu qollarla məhdudlaşmadığını bildirib:
“Mbappe artıq Madriddə tam bir mövsüm keçirib. Hamınız onun ötən il PSJ-dən necə ayrıldığını bilirsiz. O, çox yaxşı oynayır, amma dediyim kimi, qollar yalnız Mbappenin üzərində olan məsuliyyət deyil.
Onun rolu daha böyükdür: liderlik, təsir gücü, hər gün gördüyü iş… Bunlar bizim üçün son dərəcə vacibdir”.
“Real” bu gün La Liqa çərçivəsində “Atletik”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



