“Mbappenin gedəcəyini təsdiqləyə bilmərəm” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi hücumçu Kilian Mbappenin gedişini hələ təsdiqləyə bilməyəcəyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti fransalı hücümçunun mümkün gedişi ilə bağlı açıqlama verib:

“Mbappenin gedəcəyini təsdiqləyə bilmərəm, klub həmişə belə şeyləri elan edir. Onun klubla mövcud müqaviləsi var. Lakin biz gələcək üçün planlar qururuq”.

Fevralın 15-də Mbappenin PSJ rəhbərliyinə yayda azad agent kimi klubu tərk etmək qərarına gəldiyini dediyi barədə məlumat yayılıb.

25 yaşlı futbolçu hazırda “Real”la şəxsi müqaviləsinin şərtləri ilə bağlı danışıqlar aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button