PSJ-də Mbappeni kim əvəz edəcək?

PSJ-nin baş məşqçisi Luis Enrike komandada hücumçu Kilian Mbappeni kimin əvəzləyəcəyini açıqlayıb. 

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunları deyib:

“Mbappeni kim əvəz edəcək? Çalışacağıq ki, komanda işi ilə bu problemi həll edək”.

Mbappe 2017-ci ildən PSJ-nin oyunçusudur. Mayın 10-da o, 2023/24 mövsümünün sonunda azad agent kimi Fransa klubundan ayrılacağını açıqlayıb. 

“Real” 25 yaşlı fransalı futbolçunu heyətinə qatmaq niyyətindədir. Mayın 17-də Mbappenin Madrid klubu ilə vergilər çıxdıqdan sonra 15 milyon avro maaşla 5 illik müqavilə imzalayacağına dair məlumatlar ortaya çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button