Mbappe azarkeşi polisdən qorudu

“Real”ın hücumçusu Kilian Mbappe Fransa və Kolumbiya milliləri arasında keçirilən yoxlama oyunundan sonra meydana daxil olan azarkeşi polisin müdaxiləsindən qoruyb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunun final fitindən sonra gənc bir oğlan meydana daxil olaraq fransalı futbolçunu qucaqlamağa çalışıb. Bu zaman polis əməkdaşları fanatı saxlamaq üçün müdaxilə etsə də, futbolçu onları dayandıraraq vəziyyətin gərginləşməsinə imkan verməyib.

Qarşılaşma Fransa millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mbappe ikinci hissədə meydana daxil olsa da, məhsuldar fəaliyyəti ilə seçilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button