Mbappe narazıdır

PSJ-nin hücumçusu Kilian Mbappe Paris klubunun transfer siyasətindən narazıdır.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, PSJ-nin yay transfer pəncərəsində böyük keçidə imza atmaması 23 yaşlı fransalı forvardı qane etməyib.

Eyni zamanda, komandanın baş məşqçisi Kristof Qalte də oxşar fikir bildirərək, klubun hücumu gücləndirmək üçün fərqli tipli futbolçu ilə müqavilə imzalamaq istədiyini deyib. Lakin bu, baş tutmayıb.

Mbappe bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 9 matçda 10 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

PSJ Liqa 1-in 8 turundan sonra 22 xal toplayıb və turnir cədvəlində 1-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button