
Mbappedən dünya çempionatındakı su fasilələrinə reaksiya
Fransa millisinin kapitanı Kilian Mbappe 2026-cı il dünya çempionatında tətbiq olunan su fasilələri ilə bağlı fikirlərini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunçuların bu məsələyə münasibətinin matçın gedişindən asılı olduğunu söyləyib:
“Su fasilələri ilə bağlı fikirlər vəziyyətə görə dəyişir. Komandamız oyuna nəzarət edirsə və 25-ci dəqiqədə fasilə verilirsə, bu, xoş olmayacaq. Amma hava çox isti olarsa və ya rəqib üstünlük qazanarsa, fasilə bizim üçün faydalı ola bilər”.
Fransa millisi iyunun 23-də qrup mərhələsinin ikinci turunda İraq yığması ilə qarşılaşacaq. Oyun saat 01:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



