Mbappe “Real”ı tərk edir?

“Real”ın hücumçusu Kilian Mbappe komandanı tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bəzi komanda yoldaşlarının davranışından narazıdır. Xüsusilə, Mbappenin “kral klubu”nun digər hücumçusu Vinisius Junyorla anlaşılmazlıq yaşadığı bildirilir.

Mbappe Madrid təmsilçisinə 2024-cü ilin yayında qoşulub və onun müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.

27 yaşlı forvardın bazar dəyəri 200 milyon avro olaraq qiymətləndirilir. O, cari mövsümdə La Liqa çərçivəsində 28 oyuna çıxaraq 24 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button