Liqa 1-də ən çox maaş alan odur

PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-də komanda yoldaşı Osman Dembeledən təxminən 6 dəfə çox qazanan, ən yüksək maaş alan oyunçudur.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Mbappenin PSJ-də maaşı ayda 6 milyon avrodur. Dembele ayda 1,2 milyon avro qazanır və liqada ən çox maaş alan 10 oyunçu arasında 2-cidir.

Daha əvvəl Kilian Mbappenin böyük ehtimalla, yay transfer pəncərəsində Paris klubundan ayrılaraq karyerasını “Real”da davam etdirəcəyi bildirilirdi.

25 yaşlı fransalı hücumçu bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 38 qol vurub və 8 məhsuldar ötürmə edib

PSJ Liqa 1-də 26 turdan sonra 59 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button