Mbappenin dünya çempionatında uğurlu olması “Real”dan asılıdır?

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatına maksimum necə hazırlıqlı getmək barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, fransalı futbolçu “Telefoot”-a açıqlamasında bunu deyib:

“Dünya çempionatına əla formada getməyin ən yaxşı yolu “Real”la bütün mümkün titulları qazanmaqdır”.

Fransa millisi martda iki yoxlama oyunu keçirib və hər ikisində qələbə qazanıb. Didye Deşamın rəhbərlik etdiyi komanda əvvəlcə Braziliya millisini 2:1 hesabı ilə məğlub edib, daha sonra isə Kolumbiya yığmasını üstələyib – 3:1.

Fransa yığması yayda keçiriləcək dünya çempionatında Seneqal, Norveç və İraq – Boliviya cütünün qalibi ilə birlikdə eyni qrupda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button