
Mbappe derbidə start heyətdə olacaq?
“Real”ın hücumçusu Kilian Mbappe zədədən sonra ilk dəfə start heyətində meydana çıxmağa hazırlaşır.
Fransalı hücumçu dizindəki problem səbəbindən beş oyunu buraxmışdı. O, ötən günlərdə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə keçirilən cavab matçında sonradan oyuna daxil olmuşdu. Onun komandası həmin oyunda 2:1 hesabı ilə qalib gəlmişdi.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Alvaro Arbeloa Mbappeni qarşıdakı derbidə – “Atletiko” ilə matçda ilk dəqiqələrdən meydanda görmək niyyətindədir.
Mbappe cari mövsümdə “Real” forması ilə 34 oyunda 38 qol vurub və 6 məhsuldar ötürmə verib.
27 yaşlı forvard Fransa millisinin bu ay Braziliya və Kolumbiya yığmaları ilə keçiriləcək yoxlama oyunları üçün dəvət alıb.
Bizi Facebook-da izləyin



