
Mbappe əməliyyat olunmaqdan imtina edib
“Real”ın hücumçusu Kilian Mbappe zədəli dizinə görə cərrahi əməliyyat keçirməkdən imtina edib.
Komanda.az AS-a istinadən xəbər verir ki, fransalı futbolçu əsas diqqətini 2026-cı ildə Şimali Amerikada keçiriləcək dünya çempionatına yönəldib. O, əməliyyat olunacağı halda turniri buraxmaq riski ilə üzləşə bilər. Məhz bu səbəbdən, mundiala qədər konservativ (dərmanlar, fizioterapiya və ya bərpa üsulları ilə müalicə) müalicə üsulunu seçmək qərarına gəlib.
26 yaşlı forvard cari mövsümdə “kral klubu”nun heyətində keçirdiyi 33 oyunda 38 qol vurub və 6 məhsuldar ötürmə verib.
DÇ-2026 ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



