“Bu uşaqlar Ronaldo və Messi kimi olacaqlar” – Materatsi

İtaliya yığmasının və “İnter”in sabiq müdafiəçisi Marko Materatsi PSJ-nin hücumçusu Kilian Mbappe və “Mançester Siti”nin forvardı Erlinq Haland haqqında fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, Mbappeni seçdiyini deyib:

“Bu uşaqlar Kriştiano Ronaldo və Messi kimi olacaqlar. Böyük ehtimalla, onlar çoxlu sayda “qızıl top” qazanacaqlar. Kilianı seçəcəm. O, artıq dünya və Fransa çempionudur”.

Mbappe bu mövsüm PSJ-nin heyətində 37 oyun keçirib, 38 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır. Mətbuatda yayılan xəbərlərə görə, futbolçu iyulda azad agent kimi “Real”a keçəcək.

Haland 2022-ci ilin yayından “Mançester Siti”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun MS ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button