Masters turnirində çıxış edəcək Azərbaycan cüdoçularının adları məlum olub 

Macarıstanın paytaxtı Budapeştdəki Masters turnirində iştirak edəcək Azərbaycan cüdoçularının adları bəlli olub.

Komanda.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilkin siyahıda 12 idmançının adı göstərilib.

Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Camal Qamzatxanov, Uşangi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

Qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qüvvəsini sınayacaq.

Yarış 4-6 avqustda təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button