“Əla komandamız var” – “İnter”in hücumçusu

“İnter”in hücumçusu Lautaro Martines komandasının A Seriyasının 14-cü turunda “Napoli” ilə oyunda (3:0) qazandığı qələbəyə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının çıxışını yüksək dəyərləndirib:

“Bizim üçün çox vacib olan üç xalla evə qayıdırıq. Əla komandamız var. Biz hamımız birlikdə işləyirik”.

Bu görüşdən sonra “İnter” 35 xalla turnir cədvəlində birinci, “Napoli” 24 xalla beşinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button