“Messi ilə birlikdə oynamaq onun üçün daha yaxşı olacaq” – Skaloni

Argentina millisinin baş məşqçisi Lionel Skaloni “Barselona”ya transfer olunacağı gözlənilən “İnter”in futbolçusu Lautaro Martineslə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “TyC Sports”a danışan Skaloni, argentinalı futbolçunun “Barselona”ya mümkün transferini dəyərləndirib:

“Lionel Messi ilə birlikdə oynamaq onun üçün daha yaxşı olacaq. Amma həmçinin, “Barselona”da “İnter”də olduğu kimi yer uğrunda mübarizə aparmalı olacaq. Bu məsələ ilə bağlı sakit davranmalıyıq. Klubunu dəyişdirdikdən sonra müəyyən dəqiqələrdə şans qazanması bizə təsir etməz. Martinesin çox böyük gələcəyi var, amma meydanda daha çox şey edə bilər”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button