Mərakeşli futbolçu bu mövsüm bir daha oynamayacaq?

“Marsel”in yarımmüdafiəçisi Amin Arit Fransa çempionatının son turunda zədələnib.

Komanda.az “Journal La Marseillaise”-ə istinadən xəbər verir ki, klubun prezidenti Pablo Lonqoriya futbolçunun DÇ-2022-dən sonra oynayıb-oynamayacağına cavab verməkdə çətinlik çəkib:

“Biz əlavə tibbi testlərin nəticələrini gözləyəcəyik. Hazırki vəziyyət Ariti mövsümün sonuna qədər itirdiyimizi deyir”.

“Monako” ilə matçda sıradan çıxan futbolçunun Aksel Disasi ilə mübarizədən sonra zədələndiyi məlum olub. Mərakeş millisinin üzvü olan Arit zədə səbəbindən DÇ-2022-də iştirak edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button