
“Marsel” niderlandlı futbolçu ilə anlaşıb
“Feyenoord”un yarımmüdafiəçisi Kvinten Timber karyerasını Fransada davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Marsel” artıq niderlandlı futbolçu ilə şəxsi müqavilə şərtləri – maaş və digər detallarla bağlı şifahi razılıq əldə edib. Hazırda klublar arasında danışıqlar yekun mərhələdədir və transferin qarşıdakı 24 saat ərzində tam razılaşdırılacağı gözlənilir.
Timber futbol təhsilini “Feyenoord” akademiyasında alsa da, gənc yaşlarında “Ayaks”a keçib. O, 2022-ci ilin yayında yenidən Rotterdam təmsilçisinə qayıdıb.
23 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər üzrə 24 oyunda iştirak edib, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



