“Marsel ”ə qələbə üçün bir qol bəs etdi

Futbol üzrə Fransa çempionatında 22-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Marsel “Olimpik”i doğma meydanda “Renn”lə üz-üzə gəlib.

Meydan sahibləri bu görüşdə minimal hesabla qalib gəliblər. Marsel təmsilçisi bu qələbə sayəsində 42 xalla 6-cı pilləyə yüksəlibsə, “Renn” 38 xalla 10-cudur.

Fransa, Liqa 1
22-ci turun oyunu

10 mart

Olimpik (Marsel) – Renn 1:0
Qol
: Kyuizans, 88.