Mane daha bir vacib oyunu buraxacaq

“Bayern”in hücumçusu Sadio Manenin zədəsi ilə bağlı təfərrüatlar məlum olub.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı seneqallıya sağalmaq üçün 3 ay vaxt lazım olacaq. Hücumçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ-yə qarşı ilk oyununda iştirak etməyə bilər.

Seneqal millisinin heyətinə daxil edilməsinə baxmayaraq, futbolçu DÇ-2022-də komandaya kömək edə bilməyəcək.

Mane bu mövsüm “Bayern”in heyətində 23 oyuna çıxıb. Bütün turnirlər daxil olmaqla 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button