Mançini İtaliya millisi ilə bağlı sualdan yayındı

“Əl-Sədd”in (Qətər) çalışdırıcısı Roberto Mançinidən Cennaro Qattuzonun gedişindən sonra baş məşqçiyə ehtiyacı olan İtaliya millisinə yenidən rəhbərlik etmək istəyib-istəmədiyi haqda soruşulub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis suala birbaşa cavab verməkdən yayınıb:

“Mövsümü “Əl-Sədd”də başa vurmalıyam. Amma bəzən telefonuma zəng gəlir. Məsələn, oğullarım zəng edir. Daha heç nə deməyəcəm”.

Mançini 2018-2023-cü illərdə İtaliya millisində baş məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında yığma 2020-ci il Avropa çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button